"Atalanta"dan ayrılan Ruy Patrisio karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.Sport1.az xəbər verir ki, portuqaliiyalı qolkiper "Əl-Əyn"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı "əlcək sahibi" ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Ruy Patrisio başa çatan mövsümdə "Atalanta"nın heyətində 6 oyunda iştirak edib.
Sport1.az