"Bayer"dən ayrılan Conatan Tanın yeni klubu müəyyənləşib.Sport1.az xəbər verir ki, Almaniya millisinin üzvü karyerasını "Bavariya"da davamç etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlımərkəz müdafiəçisi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Conatan Ta başa çatan mövsümdə "Bayer"in heyətində keçirdiyi 49 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.
Sport1.az