Mövsümün sonu “Mançester Siti”dən ayrılacağı gözlənilən Kevin De Bröynenin yeni klubu bəlli olub.Sport1.az xəbər verir ki, belçikalı ulduz karyerasını “Napoli”də davam etdirəcək. Bu barədə “Relevo” nəşri məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacağı və ilinə 6 milyon avro qazanacağı qeyd edilib.
Xatırladaq ki, De Bröyne 2024/25 mövsümündə “şəhərlilər”in forması ilə 39 oyuna çıxıb və 6 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Sport1.az