Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisi müəyyənləşib.Sport1.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Egemen Korkmaz təyin olunub.
42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, millidən ayrılan Gökhan Gönülü əvəzləyib.
Yeni baş məşqçi "Denizlispor", "Erzurumspor" və "Trabzonspor"da köməkçi məşqçi kimi çalışıb.
Qeyd edək ki, Egemen Korkmaz futbolçu kimi 2011-2012-ci ildə Türkiyə yığması ilə 9 oyunda iştirak edib. O, "Fənərbağça" ilə 2013/2014 mövsümündə Türkiyə Super Liqasını qazanıb.
Sport1.az