Futbol / Azərbaycan / Premyer Liqa
21:35
25.04.2025
89
"Qələbə qazanmaq istəyirdik, bizə avrokuboklara vəsiqə verən 3-cü yerə yüksəlməkdən ötrü çox vacib 3 xal lazım idi. Təəssüf ki, istifadə edə bilmədik".
Sport1.az xəbər verir ki, bunu "Turan Tovuz"un köməkçi-məşqçisi Yunis Hüseynov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandanın çıxışından razı qalmadıqlarını bildirib: "Qol vurduq, amma tezliklə qapımızdan top buraxdıq. Ötən oyunda olduğu kimi, yenə rəqib yox, özümüz öz qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdıq və qola üzüldük. Bu gün də səhvlərimizdən rəqib komanda yararlandı. Komandamızdan o qədər də razı qalmadıq, yaxşı oyun göstərə bilmədik. Qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdır".
Sport1.az