Futbol / Azərbaycan / Premyer Liqa
22:27
28.04.2025
92
“İstəyirsiniz qabaqcadan üzr istəyək. Həmin epizodu “ofsayd” olaraq Ağadadaşın qarşısına qoysalar, o zaman bizi üzürlü hesab etsinlər”.
Sport1.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sumqayıt" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Bu gün hakim oyunu ələ ala bilmədi. Oyun təmiz itmişdi. Dördüncü hakimlə nə qədər danışdıq ki, biz istəmirik başqa cür anlasınlar. Siz deyin hakimə. Məndə şübhə var ki, VAR otağından gələn videolar ayrıdır. Amma mən baxdığım videolarla deyirəm ki, Ağadadaş Salyanskiyə görə sayılmayan qolda nəsə vardı. Həmin qolu saysaydılar, biz qalib də ayrıla bilərdik. Təmiz qolumuzu saymadılar”.
Qeyd edək ki, “ağ-qaralar” hazırda 36 xallla turnir cədvəlinin 6-cı pilləsində yer alır.
Sport1.az