Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur başa çatıb. Sport1.az xəbər verir ki, turun son matçında “Azərreyl” “Gənclər” kollektivini 3:0 hesabı ilə məğlub edib.
Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Xatırladaq ki, turun öncəki görüşlərində "Xilasedici" MOİK-i 3:0, "Murov Az Terminal” isə “Neftçi” klubunu 3:1 hesabı ilə üstələyib.
Sport1.az