Noyabrın 24-də COP29 başa çatdı.
Dünyanın 196 ölkəsindən 72 min şəxs tədbirdə iştirak etdi. Bu səbəbdən də ölkənin ən böyük arenası olan Bakı Olimpiya stadionunda idman yarışları uzun müddət keçirilmədi.
BOS-un idman yarışlarına qapanması bəzi problemlər yaratdı. Klubların, əsasən də Bakıda məskunlaşanların məşq etməyə meydançası olmadı. Bu problem hələ də davam edir.
Dünən BOS-da məşhur müğənni Castin Timberleykin konserti keçirilib. 50 mindən çox insan bu mədəniyyət hadisəsinin iştirakçısı olub. Sevindirici haldır. Azərbaycanlıların konsertə, teatra, filmə getməsi gözəl məşğuliyyətdir. Ən azından bu konsert ölkənin mədəni durumunun yaxşı səviyyədə olduğunu göstərdi.
BOS idman tədbirlərinin keçirilməsi üçündürmü? Niyə dekabrdan bəri arenanın qapıları klublar üçün bağlıdır? 7 ay ərzində meydançaların ot örtükləri düzəlmədi? Yoxsa, BOS daha idman yarışları üçün deyil? Necə olur ki, burada konsert keçirtmək olar, futbol, idman məşqləri olmaz? Qəribədir!
İLKİN SULTANLI
Sport1.az