Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Sabah" "Çelye" ilə qarşılaşacaq.Sport1.az xəbər verir ki, Bakı təmsilçisi yeni baş məşqçi ilə avrokuboklarda uğur qazanmaq niyyətindədir. Bu, baş verəcək?
Valdas Dambrauskas "Sabah"ın baş məşqçisi kimi ilk görüşündə qələbə qazana biləcək?
Suallarımızı Rəşad Sadiqov ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Çelye" ötən mövsüm Avropa Liqasında özünü yaxşı tərəfdən göstərsə də, komandanın hazırkı heyəti və potensialı haqqında dəqiq nəsə deyə bilmərəm. "Sabah" keçən "futbol ili"ndə ölkə kubokunda yaxşı mübarizə apararaq titul qazandı. Bu hal komandada nikbinliyi artırıb. Təbii ki, "Sabah"da da yeni nəfəs var. Komandaya təzə baş məşqçi təyin olunub. Onun 3-4 həftəyə bütün futbol fəlsəfəsini oyunçulara 100% aşılaması çətindir. Həyətdə yeni futbolçular var. Onların da komanda ansamblına tam uyğunlaşıb - uyğunlaşmaması barədə dəqiq nəsə demək çətindir. Buna rəğmən, "Sabah" meydana döyüşmək üçün çıxacaq. Məhz bu qarşılaşmada "bayquşlar"ın həm yeni baş məşqçisin oyun planını, həm də təzə transferlərin potensialını yaxından görəcəyik. Təmsilçimizin uğurlar arzu edirəm". MİRZƏ S.
Sport1.az