“Sabah” Avropa Liqasında mübarizəni başa vurdu. “Bayquşlar” səfərdə “Çelye” ilə heç-heçə etdilər – 3:3. Bakı təmsilçisində mərhələni keçmək üçün nə çatmadı? Valdas Dambrauskas səhvi nədə oldu? Suallarımızı Fərid Namazova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Hər iki oyuna nəzər yetirəndə görürsən ki, “Sabah” mərhələ keçməyə layiq idi. “Çelye”ni gözümüzdə çox böyütmüşdük. Səfərdəki görüşdə təmsilçimizin erkən qol vurması bir daha göstərdi ki, Sloveniya klubu şişirdiləsi komanda deyil. Oyuna yaraşmayan qol buraxmaqla təşəbbüsü rəqibə verdik. Rəhman Daşdəmirovun penaltiyə səbəb olan epizodunu nəzərdə tuturam. Təbii ki, “bayquşlar” ruhdan düşmədilər və Mikelsin yüksək performansı sayəsində iki dəfə hesabda önə keçməyi bacardılar. Bir qədər təcrübəsizlik və boşluqlar qol buraxmağımıza səbəb oldu. Təbii ki, komandanın daxilindəki bütün abu-havanın baş məşqçi hamıdan yaxşı bilir. Amma şəxsi qənaətim budur ki, bəzi oyunçular, əsas da Cessi Sekidika ilk dəqiqələrdən meydan oynasa, daha yaxşı olardı. İstənilən halda “Sabah” yaxşı mübarizə apardı. Onların Konfrans Liqasında daha yaxşı mübarizə aparacaqlarına inanıram”.MİRZƏ S.
Sport1.az