"Bavariya"nın müdafiəçisi Kim Min-ce Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
"Əl-Nəsr" cənubi koreyalı müdafiəçini transfer etmək istəyir. Ərəblərdən sərfəli təklif alan 28 yaşlı futbolçu klubunu dəyişməyə isti yanaşır.
Qeyd edək ki, Kim Min-ce ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 43 oyunda 3 qol vurub.
Sport1.az