"Qalatasaray"ın futbolçusu Kerem Demirbay İstanbulda klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, "Eyüpspor" Almaniya millisinin sabiq üzvünü transfer etmək istəyir. Bu barədə "Bein Sports" televiziyası məlumat yayıb.
"Qalatasaray"da əsas heyətdə yerini itirən yarımmüdafiəçi özü də "Eyüpspor"un təklifinə isti yanaşır.
Sport1.az