2026-cı il iyunun 11-də start götürəcək futbol üzrə növbəti dünya çempionatına düz bir il vaxt qalıb.Sport1.az xəbər verir ki, mundialın final mərhələsində çıxış edəcək daha bir yığmanın adına aydınlıq gəlib.
ABŞ, Kanada və Meksikanın evsahibliyi edəcəyi çempionatında iştirakçı ölkərin sayı 11 olub. Asiya seçmə zonasında Avstraliya millisi bu hüququ əldə edib. "Yaşıl qitə" təmsilçiləri ilə yanaşı eyni zonadan Cənubi Koreya, İran, Yaponiya və debütantlar İordaniya və Özbəkistan uğura nail olub.
Təşkilatçı ölkələrlə bərabər Cənubi Amerikadan dünya çempionu Argentina və Okeaniyadan Yeni Zelandiya mundiala vəsiqə əldə ediblər.
Qeyd edək ki, dünya çempionatının final mərhələsində 48 yığma mübarizə aparacaq.
Sport1.az