Türkiyənin “Başakşəhər” klubunda baş məşqçi Çağdaş Atan ilə yollar ayrılıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Atan 2023-cü ilin sentyabrından “Başakşəhər”ə rəhbərlik edirdi. Komanda bu mövsüm Super Liqada 2 turdan sonra 2 xalla 13-cüdür.
Sport1.az