Türkiyənin "Qaziantep" klubu baş məşqçisi İsmet Taşdemirlə yollarını ayırıb.Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, Super Liqada mövsümün ilk baş məşqçi istefası olub.
Qeyd edək ki, "Qaziantep" yeni mövsümdə Super Liqada iki oyuna çıxıb. Komanda "Qalatasaray" və "Konyaspor"a 0:3 hesabı ilə uduzub.
Sport1.az