"Neftçi" heyətinə daha bir futbolçu cəlb edib.Sport1.az-a daxil olan məlumata görə, "ağ-qaralar" azad agent statusunda olan sağ cinah müdafiəçisi Kristian Kostini transfer edib. Oyunçunun keçidi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
27 yaşlı futbolçu son olaraq ölkəsinin "Dinamo" klubunda çıxış edib. Kristian ötən mövsüm 37 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə edib.
Futbolçu ilk dəfə Rumıniya xaricində çıxış edəcək. İndiyə kimi "Liberti Oradea", UTA, "Reşiça", "Voluntari" kimi klublarda top qovub.
NİHAT KƏRİMLİ
Sport1.az