Türkiyə I Liqasının yeni üzvü "Serik Belediyyespor"un səhmləri satılıb.Sport1.az xəbər verir ki, məlumatı "Ajansspor" nəşri yayıb. Klubun hissələrinin 50 faizinə azərbaycanlı iş adamı sahib çıxıb.
Adı açıqlanmayan həmyerlimizin bunun üçün 4 milyon avro ödəyəcəyi bildirilib. O, əvvəlcə "Antalyaspor"a müraciət etsə də, "qırmızı-ağlar"ın səhmlərinin paylanılması səbəbindən anlaşma reallaşmayıb.
Nəticədə iş adamı bölgənin digər təmsilçisi "Serik Bələdiyyəspor"a üz tutub. Tərəflər arasında iki həftə davam edən danışıqlar prosesində son addım iyunun 17-də atılıb.
Azərbaycanlı iş adamı klubu yenidən qurmağa başlayacaq. O, baş məşqçi Mehmet Altıparmakın istefaya göndərilməsindən sonra əvvəllər Rusiya Premyer Liqası komandalarından birinə rəhbərlik etmiş mütəxəssisi gətirəcək.
Sport1.az