"Ayaks" komandası baş məşqçisi Frençesko Farioli ilə vidalaşıb.Sport1.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı mütəxəsis klubu tərk etmək qərarına gəlib.
Qeyd edək ki, Frençesko Farioli 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı. "Ayaks" cari mövsüm ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb.
Sport1.az