“Komanda üçün hər zaman gərəkəni edərəm. Hücum, müdafiə, yarımmüdafiə fərq etməz, hansı mpvqedə oynamağımdan asılı olmayaraq əlimdən gələnin ən yaxşısını etmək üçün buradayam”.[/i]
Sport1.az xəbər verir ki, bu sözləri “Gazzetta dello Sport”a müsahibəsi zamanı Joao Feliks bildirib.
İcarə əsasında “Milan”da çıxış edən futbolçu daim öz üzərində çalışdığını qeyd edib:
“Bacardığım qədər çox məşq edirəm. Özümü daha da inkişaf etdirməyə çalışıram”.[i]Xatırladaq ki, portuqaliyalı oyunçu mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürülüb.
Sport1.az