Ziraat Türkiyə Kubokunun fianlında “Qalatasaray” “Trabzonspor” ilə qarşılaşıb.
Sport1.az xəbər verir ki, görüş “Cim-Bom”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qol 5-ci dəqiqədə Barış Alper Yılmazdan gəlib. 46 və 63-cü dəqiqələrdə fərqlənən Viktor Osimhen yekun hesabı müəyyənləşdirib. Hər üç qolun ötürməsini Yunus Akgün verib.
Qeyd edək ki, “Qalatasaray” tarixində 19-cu dəfə Türkiyə Kubokunu qaldırıb.
Sport1.az