“Əl İttihad”ın futbolçusu Kərim Benzema karyerasını Portuqaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “Benfika” 37 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. Portuqaliya klubunun yeni baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Benzemanın transferini istəyib.
2023-cü ildən “Əl İttihad”da forma geyinən fransalı hücumçu daha əvvəl “Real”da Mourinyo ilə birgə işləyib.
Benzema bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 1 oyunda 3 qol vurub.
Sport1.az