Madrid “Real”ının yarımmüdafiəçisi Dani Sebalyos belə görünür ki, baş məşqçi Xabi Alonsonun yeni mövsüm üçün planlarında yoxdur.
Sport1.az xəbər verir ki, Toni Kroos və Luka Modriç dövrünün başa çatmasına baxmayaraq, 29 yaşlı ispaniyalı Madrid klubunun start heyətində özünü təsdiq edə bilməyib.
“Real”ın baş məşqçisi Arda Güləri mərkəz yarımmüdafiəçisi kimi hazırlamaq qərarına gəlib ki, bu da əsasən ehtiyat oyunçular skamyasında qalan Sebalyosun vəziyyətini daha da çətinləşdirib.
Bu "rotasiya oyunçusu" rolu isə potensial alıcıların diqqətini çəkib. Ən ciddi marağı Səudiyyə Ərəbistanından olan “Əl-İttihad” göstərib – klub futbolçuya əlverişli maliyyə şərtləri və əsas oyunçu statusu təklif etməyə hazırdır.
Bununla belə, mənbənin sözlərinə görə, Sebalyosun özü “Santyaqo Bernabeu”nu tərk etməyi planlaşdırmır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir və futbolçu dəfələrlə qeyd edib ki, qeyri-sabit oyun praktikasına baxmayaraq, sona qədər “Real”ın heyətində yer almaq üçün mübarizə aparmaq istəyir.
Sport1.az