"Mançester Yunayted"in futbolçusu Karlos Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Kərim Benzemanın formasını geyindiyi "Əl-İttihad" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə ərəb mediası məlumat yayıb.
Son ölkə çempionu Braziliya millisinin üzvü ilə danışıqlara başlayacaq. "Qırmızı şeytanlar" yüksək maaş alan 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.
Sport1.az