İngiltərə millisinin və “Əl Əhli”nin hücumçusu Ayven Toni açıqlama verib.
Sport1.az xəbər verir ki, “The Guardian”a danışan hücumçu Səudiyyə Ərəbistanı çempionatının səviyyəsindən söz açıb:
“Mənimçün Premyer Liqa ilə Səudiyyə Ərəbistanı çempionatı eyni səviyyədədir. Ronaldo kimi futbolçu burda oynayır. O, dünyanın bir çox ölkəsində olub və məndən daha yaxşı bilər.
“Əl Əhli” Premyer Liqada oynasaydı, “4-lük” uğrunda mübarizə aparardı. Bu yay “Əl Hilal”ın “Mançester Siti”yə arşı necə oynadığını hamı gördü”.
Toni daha əvvəl İngiltərədə “Brentford”da çıxış edib.
Sport1.az