“Fənərbağça”dan ayrılan Joze Mourinyo “Benfika”ya baş məşqçi təyin edilə bilər.
Sport1.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb. Klub rəhbərliyi portuqaliyalı mütəxəssislə danışıqlara başlayacaq.
“Benfika”da Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra (2:3) baş məşqçi Bruno Lage istefaya göndərilib.
Sport1.az