"Barselona"nın futbolçusu Ronald Arauxo karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "Sport.es" saytı məlumat yayıb.
"Bavariya" uruqvaylı müdafiəçinin xidmətində maraqlıdır.
Ronaldın sərbəstqalma məbləği 65 milyon avrodur. "Bavariya" bundan istifadə etməklə onu sıralarına qatmaq istəyir.
Arauxo bu mövsüm 20 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Sport1.az