Son İtaliya çempionu "Napoli" rəsmi saytı vasitəsi ilə daha bir transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, Neapol təmsilçisi "Bolonya"nın niderlandlı müdafiəçisi Sem Byokemanı sıralarına cəlb edib.
Sözügedən futbolçu müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Daha öncə "Qou Ehed İqls" və "AZ Alkmar"da oynamış 26 yaşlı Byokema 2023-cü ildən uğurları üçün çalışdığı "Bolonya"da 80 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.
Sport1.az