AMADA "Zirə"nin Futbolda Sosial Məsuliyyət üzrə meneceri Rəşad Əzizovu cəzalandırıb.Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda "qartallar" "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra klub rəsmisi Davit Volkovun dopinq testdən keçməsinə icazə verməyib. Bu səbəbdən də qurum Rəşad Əzizovu futboldan 2 illik diskvalifikasiya edib.
Məsələ ilə bağlı klubun mövqeyini işıqlandırmağa hazırıq.
Sport1.az