Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər. Sport1.az xəbər verir ki, türkiyəli ilə “Çelsi” yaxından maraqlanır. London təmsilçisi qış “transfer pəncərəsi”ndə vinger üçün “Yuventus”a müraciət edə bilər.
Maraq üçün bildirək ki, Kenan Yıldızın hazırkı dəyəri 50 milyon avrodur. Oyunçunun Turin təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi var.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm “qoca sinyora”nın heyətində 3 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Sport1.az