"Yuventus" Kenan Yıldızın müqaviləsini uzatmaq istəyir.Sport1.az xəbər verir ki, məlumatı "Korreyre dello Sport" yayıb. "Qoca sinyora" türkiyəli futbolçunun maaşını artıraraq 2030-a qədər yeni müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, sol cinah vingeri ötən mövsüm meydana çıxdığı 48 oyunda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az