İngiltərə millisinin keçmiş futbolçusu Rio Ferdinandın oğlu Lorenz 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb.
Sport1.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc qapıçı İngiltərənin "Brayton" klubu ilə anlaşıb.
Lorenz R.Ferdinandın beş oğlu arasında ən böyüyüdür.
Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasının son mövsümünü 8-ci pillədə başa vurub.
Sport1.az