“Bu il daha çox yeniliklərlə yadda qaldı. Ötən mövsümdən fərqli olaraq hər birində 6 komanda olmaqla A və B qrupları yaradıldı. 4 legioner 1 azərbaycanlının olması məsələsi də əsas yeniliklərdən biri idi. Bu da çempionata böyük maraq qatdı. Bəzi insanlar düşünürdü ki, yerli oyunçularımız təcrübədən uzaq qalacaq. Məncə bu belə olmadı. Bəzi oyunlarda gördük ki, 2 azərbaycanlı, 3 legioner oynayırdı. Gənc basketbolçularımız xaricilərlə oynamaq üçün daha çox çalışır, həvəslənirdilər."Bu sözləri
Sport1.az-a açıqlamasında Fərid Əmirov basketbolumuzda geridə qalan mövsümü qiymətləndirərkən bildirdi.
Mütəxəssis istedadlı oyunçuların tapılması üçün yaradılan şəraitdən danışdı:
"Bu il liqamız daha da tanınır. NBA səviyyəsində basketbolçular var. İlk dəfə ABL 12 liqası təşkil olunub. Bunun vasitəsilə potensiallı gənclərimizi taparaq üzə çıxartmağa çalışırıq. 2024/25 mövsümünü basketbolumuz üçün uğurlu hesab edirəm. İnanıram ki, qarşıda daha böyük nailiyyətlərə imza atacağıq".
Sport1.az