Kristiano Ronaldonun oğlu milliyə çağırılıb.Sport1.az xəbər verir ki, “Əl-Nəsr”in 15 yaşlılardan ibarət komandasında forma geyinən Kristiano Ronaldo Junior Portuqaliya millisinin U15 yığmasına dəvət edilib.
Ulduz futbolçunun oğlu 13-18 may tarixlərində Xorvatiyada təşkil olunacaq Vlatko Markoviç turnirinin sifariş ərizəsinə daxil edilib.
Bu Ronaldo Juniorun millidə ilk çıxışı olacaq.
Sport1.az