"Mançester Siti" Cek Qrilişlə yolları ayırmağı düşünür.Sport1.az xəbər verir ki, "şəhərlilər" ingilis futbolçunu satmaq niyyətindədir.
Məlumatı "The Sun" nəşri yayıb. Mançester təmsilçisi vinger üçün 40 milyon funt-sterlinq tələb edir.
29 yaşlı futbolçu ilə "Napoli" və "Milan" yaxından maraqlanır. Qrilişin "Aston Villa"ya geri dönmək ehtimalı da var.
Qeyd edək ki, "Mançester Siti" futbolçunu 2021-ci ildə 120 milyon avroya Birminqem təmsilçisindən transfer etmişdi.
Sport1.az