“Mançester Yunayted” növbəti mövsümə hazırlıq üçün ilk transferini reallaşdırdı.Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhempton”dan Mateus Kunhanı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Transferin məbləği rəsmi açıqlanmasa da İngiltərə mediasında yayılan informasiyalara görə, braziliyalının keçidi Mançester təmsilçisinə 75 milyon avroya başa gəlib.
Qeyd edək ki, 26 yaşlı hücumçu “Vulverhempton”un forması ilə ümumilikdə 92 oyuna çıxıb və 33 qolun müəllifi olub.
Sport1.az