İngiltərənin "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau xəstəxanaya yerləşdirilib.Sport1.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis aprelin 13-də 32-ci turda "Mançester Yunayted"lə oyundan (4:1) əvvəl xəstəxanaya yerləşdirilib və ona pnevmoniya diaqnozu qoyulub.
O, xəstəliyi səbəbindən komandanın daha iki matçını buraxacaq. Haunun vəziyyəti sabitdir, lakin məşqçi komandanın növbəti iki oyununu - İngiltərə çempionatında "Kristal Pelas" və "Aston Villa" ilə matçı buraxmaq məcburiyyətində qalacaq. Bu oyunlar müvafiq olaraq, aprelin 16 və 19-da baş tutacaq. Komandanın baş məşqçisinin aprelin 26-da, "İpsviç"lə matçda ehtiyat oyunçular skamyasına qayıdacağı bildirilib.
"Nyukasl" hazırda 56 xalla Premyer Liqa cədvəlində dördüncü yerdədir.
Sport1.az