Yeni mövsümdə Fransa Liqa 1-də mübarizə aparacaq “Paris” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, sözügedən komanda “Portu”dan Otavionu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Paris”in baziliyalı oyunçu üçün 17 milyon avro ödədiyi bildirilir.
Otavio ötən mövsümdə 28 oyunda 2 qol vurub.
Sport1.az