"Brayton" heyətini gücləndirib.Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Maksim de Kuyperi transfer edib. Belçikalı ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Klub Brügge"nin heyətində 54 matça çıxıb. Müdafiəçi bu görüşlərdə 4 qol vurub, 7 məhsuldar ötürmə edib.
Sport1.az