Növbəti mövsüm daha bir Paris təmsilçisi Liqa 1-də mübarizə aparacaq.Sport1.az xəbər verir ki, “Paris FK” Fransanın əsas liqasına vəsiqəni təmin edib. Onlar bu uğura Liqa 2-nin XXXIII turu çərçivəsində səfərdə “Martiques” ilə 1-1 hesablı bərabərlikdən sonra imza atıblar.
Nəticədə “Paris FK” 46 ildən sonra elitaya geri dönüb.
Qeyd edək ki, daha öncə “Lorient”də qarşıdakı mövsüm üçün Liqa 1-ə yüksəlməyi təmin edib.
Sport1.az