“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo Braziliya klubundan ayrıla bilər.
Sport1.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Felipe Luis hücumçunun durumundan razı deyil. Səudiyyə Ərəbistanı klublarından təklif alan Juninyonun icarəyə verilməsi gündəmdədir.
Juninyo bu ilin yanvarında 5 milyon avro qarşılığında “Qarabağ”dan “Flamenqo”ya keçib. O, cari mövsümdə 11 oyunda meydana çıxıb və fərqlənə bilməyib.
Sport1.az