Portuqaliyanın “Sportinq” klubu hücumçusu Viktor Dyökereşə əvəzləyici tapıb.
Sport1.az xəbər verir ki, Lissabon təmsilçisi adı “Arsenal”la hallanan futbolçunun əvəzinə “Almeriya” klubundan Luis Suaresi transfer edəcək. “Sportinq” artıq oyunçu və klubu ilə razılaşıb. Portuqaliyalılar transfer üçün 20 milyon avro ödəyəcək. Suares ötən mövsümdə İspaniya Sequndasında 43 oyunda 31 qol vurub.
Dyökereşin 63 milyon avro qarşılığında “Arsenal”a keçidi gündəmdədir.
Sport1.az