Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünə artıq bu həftəsonu start veriləcək.
Sport1.az xəbər verir ki, mövsüm öncəsi "Transfermarkt" portalı ölkə klublarının cari transfer dəyərlərini açıqlayıb.
Son çempion "Qarabağ" transfer qiymətinə görə rəqiblərindən xeyli öndədir. Ağdam təmsilçisinin oyunçularının ümumi dəyəri 24,95 milyon avrodur ki, bu da ölkə üzrə rekord göstəricidir. Klubun iki aparıcı futbolçusu – Kadi Borges və Leandro Andrade – Premyer Liqanın ən dəyərli oyunçuları hesab olunur. Onların hər birinin transfer qiyməti 2,5 milyon avrodur.
Paytaxt klubu "Neftçi" 13,68 milyon avro ilə ikinci sırada qərarlaşıb. Klubun yeni transferi Falaye Sako 1,5 milyon avro dəyəri ilə komandanın ən bahalı oyunçusudur.
İlk üçlüyü isə 13 milyon avro dəyərlə “Zirə” tamamlayır. Ümumiyyətlə, yalnız ilk dörd sırada qərarlaşan klubların (Qarabağ, Neftçi, Zirə, Sabah) transfer dəyəri 10 milyon avronu keçir.
Ən aşağı dəyərə sahib klub isə yenidən Premyer Liqaya qayıdan “Qəbələ”dir. Cəmi 2,25 milyon avro dəyərində olan "qırmızı-qaralar", "İmişli" və “Karvan-Yevlax”dan da aşağı mövqedədir.
Klubların ümumi dəyərləri:
1. “Qarabağ” – 24,95 milyon
2. “Neftçi” – 13,68 milyon
3. “Zirə” – 13 milyon
4. “Sabah” – 12,38 milyon
5. “Turan Tovuz” – 8,88 milyon
6. “Araz-Naxçıvan” – 8,63 milyon
7. “Sumqayıt” – 7,15 milyon
8-9. “Kəpəz” – 4,58 milyon
8-9. “Şamaxı” – 4,58 milyon
10. “Karvan-Yevlax” – 3,78 milyon
11. “İmişli” – 2,47 milyon
12. “Qəbələ” – 2,25 milyon
Sport1.az