“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya transfer olunan Olaviyo Juninyo növbəti qoluna imza atıb.Sport1.az xəbər verir ki, 29 yaşlı hücumçu Libertadores Kubokunun qrup mərhələsinin I turunda səfərdə Venesuelanın “Deportivo Taçira” komandasını 1:0 hesabı ilə məğlub etdikləri matçda fərqlənib.
56-cı dəqiqədə meydana daxil olan braziliyalı hücumçu 2 dəqiqə sonra rəqib qapısına yol tapıb.
Bu, Juninyonun yeni klubunda 11-ci oyununda 3-cü qolu olub.
Qeyd edək ki, braziliyalı futbolçu qış transfer pəncərəsində “Qarabağ”dan “Flamenqo”ya keçib.
Sport1.az