İtaliyanın "Udineze" klubunun futbolçusu vətəninə qayıtmağa yaxındır.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Lans" maraqlanır. 32 yaşlı fransalı hücumçunun hazırkı transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, Toven ötən mövsüm meydana çıxdığı 26 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az