"Sion" klubunun üzvü Anton Mirançuk ölkəsinə qayıtmağa yaxındır.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçu ilə "Dinamo Moskva" maraqlanır. 29 yaşlı yarımmüdafiəçinin hazırkı transfer dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, rusiyalı futbolçu ötən mövsüm 24 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az