İspaniyanın "Real" klubunun və Niderland millisinin sabiq baş məşqçisi Leo Beenhakker 82 yaşında dünyasını dəyişib.Sport1.az xəbər verir ki, bu barədə məşqçinin ailə üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.
Onun rəhbərliyi altında "Real" ardıcıl 3 dəfə İspaniya çempionu olub.
Beenhakker həmçinin Niderlandın “Ayaks”, ”Feyenoord” və “Vitesse”, İspaniyanın “Saraqosa” və “Real”, Niderland, Səudiyyə Ərəbistanı və Trinidad və Tobaqo milliləri kimi komandalara rəhbərlik edib.
Sport1.az