"Bavariya"nın idarə heyətinin üzvü Karl-Heynz Rummonike Florian Virtz haqda danışıb.Sport1.az xəbər verir ki, klub rəsmisi almaniyalı futbolçunun "Liverpul"a keçidi haqda bu fikirləri səsləndirib:
"Florian Virtz "Bavariya" üçün daha yaxşı futbolçu ola bilərdi. Əgər o mersisaydlıların yerinə Almaniya təmsilçisini seçsə idi, bu qərar onun şəxsi inkişafı üçün də böyük töhfə verərdi. Bu məqam məni həqiqətən də üzür. Çünki Virtz "Bavariya"nın strategiyasına tamamilə uyğundur. Biz hər zaman alman futbolçular transfer etmək istəmişik. Ümid edirəm o bir gün qərarını dəyişər".
Qeyd edək ki, Florian Virtz yayda "Bavariya"nın təklifini imtina edərək "Liverpul"a qoşulmağı seçmişdi.
Sport1.az