Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” “Şamaxı”nı qəbul etdi. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı. Görüşdə yeganə qolun müəllifi Rikardo Apolinario oldu. Portuqaliyalı yarımmüdafiəçi
Sport1.az-a açıqlamasında qələbə ilə bağlı bunları söylədi:
“Çətin oyun olacağını bilirdik. “Qəbələ” topa sahib olmağı sevən və əla dinamikaya malik komandadır. Matça çox yaxşı başladıq. Birinci hissəni daha böyük fərqlə başa vura bilərdik. Fasilədən sonra gözlənildiyi kimi "Qəbələ"nin futbolçuları meydanda daha çox pressinq tətbiq edərək dönüş yaratmağa çalışdılar. Oyunu “öldürmək” şanslarımız oldu. Lakin bunu son qədər edə bilmədik. Hesab edirəm ki, 90 dəqiqə ərzində yaxşı mübarizə apardıq və qələbə ədalətli oldu".MİRZƏ S.
Sport1.az