Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında "Neftçi" "Sabah"a 1:2 hesabıyla məğlub oldu."Ağ-qaralar"ın hücumçsu Dembo Darbo oyundan sonra görüşlə bağlı
Sport1.az-a açıqlama verdi:
"Təəssüf ki, bu gün məğlub olduq. Uduzmaq bizim üçün heç də yaxşı deyil. Gələcək oyunlarda üzərimizdə daha çox işləməliyik. Bu gün bəxtimiz gətirmədi.""Neftçi"nın üzvü cavab matçına qələbə qazanmaq üçün çıxacaqlarını bildirdi:
"Cavab oyununda əlimizdən gələni edəcəyik. İndidən bu ruhsuzluqla öz inamımızı öldürmək istəmirik. Bu gün şanslı tərəf biz olmasaq da, cavab görüşündə qələbə qazanaraq finala adlayacağımıza inanıram. Məqsədimiz qalibiyyət olacaq."EMİN ZEYNALLI
Sport1.az