Misli Premyer Liqasının I turunun maraqla gözlənən oyunlarından biri Sumqayıtda keçirildi.
Yerli komanda 4 ay ərzində 2 dəfə rəhbərliyi dəyişən "Kəpəz"i qəbul etdi. Bu görüşü maraqlı edən əsas məqamlardan biri də Saşa İliçin "kimyaçılar"ın baş məşqçisi kimi debüt etməsi idi.
Baş hakim Fərid Hacıyevin fiti ilə qarşılaşma başladı. İlk dəqiqələrdən Saşa İliçin komandası üstünlüyü ələ almağı bacardı. Oyun başlayan kimi "Kəpəz"in heyətindəki çatışmazlıqlar özünü gözə çarpırdı.
Görüşün 14-cü dəqiqəsində hesab açıldı. Rüstəm Əhmədzadə Abdul Rəşid Mouminin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq yerli publikanı coşdurdu - 1:0.
Qoldan sonra "kimyaçılar" dayanmadılar. Saşa İliçin komandası "Kəpəz"in müdafiəsini çaş-baş salmışdı. Bu qarşılıqdan 26-cı dəqiqədə Ramalinqom istifadə edərək hesabı 2:0 etdi.
Matçın 14-cü dəqiqəsində "Kimyaçılar"ın qurduğu hücumda Abdul Rəşid Moumininin qapı qarşısına otürməsini Rüstəm Əhmədzadə dəqiq zərbə ilə qola çevirir. Hücumların kəsərini artıran "Sumqayıt" "Kəpəz" müdafiəsində qarışıqlıq yaradır. Bu qarışıqlıqdan istifadə edən "Sumqayıt" 26-cı dəqiqədə daha bir qolu aktivinə yazdırır. Ramalinqom müdafiədən qayıdan topa zərbə endirərək hesabı 2:0 edir.
Adil Şükürovun komandası "Sumqayıt"ın hücum xəttinin qarşısını almaqda aciz idi. Matçın 37-ci dəqiqəsində oyunun ən yaxşısı olan Aleksa Yankoviç hesabı 3:0 etdi.
İkinci hissədə də üstün tərəf meydan sahibi komanda idi. Düzdür, "Kəpəz" də ara-sıra nəsə edirdi. Lakin bu, cəhddən başqa bir şey deyildi.
Oyun bu hesabla bitdi. Lakin "Sumqayıt" futbolçuları fərdi səhvlərə yol verməsəydilər, daha çox qollar vura bilərdilər. "Kimyaçılar" bu oyunla göstərdi ki, mövsüm ərzində autsayderlər sırasında yer almayacaqlar. Əksinə Saşa İliçin dediyi kimi avrokuboklara vəsiqə qazanmağa cəhd edəcək.
"Kəpəz"də isə vəziyyət olduqcaq qəlizdir. Gəncə təmsilçisi normal heyət formalaşdıra bilməyib. Klub rəhbərliyinin başı klan savaşına qarışdığından mübarizə aparacaq komanda yığa bilməyib.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur.
"Sumqayıt" - "Kəpəz" 3:0
17 avqust 2025. Saat 20:30. M.H. Sumqayıt şəhər stadionu, 3300 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Vüqar Həsənli
VAR hakimi: Rauf Cabarov
VAR hakiminin köməkçisi: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Rayan Senhadji, 51 (qeyri-idman hərəkəti); Pedro Pinto, 86 (qeyri-idman
hərəkəti) // Ümid Səmədov, 55 (qeyri-idman hərəkəti)
Qollar: Rüstəm Əhmədzadə, 14; Aleksandr Ramalinqom, 26, Aleksa Yankoviç, 37
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Heyətlər:
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 70), 8. Səbuhi Abdullazadə, (71. Masaki Murata, 79), 20. Ayxan Süleymanlı, (80. Keffel Resende, 70), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji (64. Kənan Feyziyev, 83), 23. Ronaldo Vaskez (10. Nikola Ninkoviç, 70), 11. Aleksa Yankoviç, 25. Abdul Raşid
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev (55. Kresus Donqo, 46), 77. Fərid Nəbiyev (66. Arzu Atakişiyev, 79), 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana (17. Ümid Səmədov, 54), 19. Otar Aptsiauri (20. Elcan Əbilov, 75), 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 15. Raul Məmmədov, 23. Fərid Kələntərov, 11. Vitor Feijao
Baş məşqçi: Adil Şükürov
XƏLİL İBADLI
Sport1.az